Все вакансии
Rəqəmsal fırıldaqçılığa qarşı mübarizə üzrə mütəxəssis / aparıcı mütəxəssis
Опыт
1-2 лет- Type: Полная занятость
- Job Function: Наука, Технологии, Инженерия
- Career Level: Специалист
- Posted Date: 04-06-2026
- Deadline: 14-06-2026
Description
İnsidentlərin araşdırılması Dələduzluq əməliyyatlarının monitorinqi və aşkarlanması:
- Kart və qeyri-kart əməliyyatlarının antifraud sistemləri vasitəsilə monitorinqinin aparılması
- Şübhəli əməliyyatların və təhlükəsizlik hadisələrinin təhlili
- Real vaxt rejimində dələduzluq əlamətlərinin aşkarlanması
- Əməliyyatların bloklanması, məhdudlaşdırılması və ya əlavə yoxlamaya yönləndirilməsi ilə bağlı qərarların qəbul edilməsi
- Antifraud sistemlərindən, və digər mənbələrdən daxil olan xəbərdarlıqların (alert) araşdırılması
İnsidentlərin araşdırılması:
- Dələduzluq halları üzrə araşdırmaların aparılması
- Sübut bazasının toplanması və təhlili
- Araşdırmalar çərçivəsində Bankın digər struktur bölmələri ilə əməkdaşlıq
- Araşdırmaların nəticələri üzrə rəy və hesabatların hazırlanması
- Oxşar hadisələrin qarşısının alınması üçün təkliflərin verilməsi
Antifraud qaydalarının idarə olunması:
- Yeni antifraud qaydalarının və ssenarilərinin hazırlanması, və optimallaşdırılması
- Antifraud qaydalarının effektivliyinin təhlili
- Yanlış müsbət nəticələrin (false positive) sayının azaldılması
- Yeni antifraud mexanizmlərinin test edilməsində iştirak
Analitika və hesabatlılıq:
- Dələduzluq halları üzrə mütəmadi hesabatların hazırlanması
- Yeni dələduzluq sxemlərinin və tendensiyaların təhlili
- Rəhbərlik üçün statistik və analitik məlumatların hazırlanması
- Komitələr və daxili iclaslar üçün materialların hazırlanmasında iştirak
Xarici təşkilatlarla əməkdaşlıq:
- Dələduzluq halları üzrə digər banklar, prosessinq mərkəzləri və ödəniş sistemləri ilə əməkdaşlıq
- Tənzimləyici və hüquq-mühafizə orqanlarının sorğularına cavabların hazırlanması
- Dələduzluq sxemləri üzrə məlumat mübadiləsində iştirak
Antifraud funksiyasının inkişafı:
- Antifraud sistemlərinin tətbiqi layihələrində iştirak
- Yeni monitorinq kanallarının və antifraud həllərinin sazlanmasında iştirak
- Yeni texnologiyaların və antifraud alətlərinin qiymətləndirilməsi və tətbiqində iştirak
- Mövcud proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
Remark
- Antifraud, maliyyə monitorinqi, kart biznesi və ya araşdırmalar sahəsində minimum 2 il iş təcrübəsi
- Dələduzluq sxemlərinin müstəqil araşdırılması təcrübəsi
- Antifraud qaydalarının və ssenarilərinin hazırlanması təcrübəsi
- Visa və Mastercard kart əməliyyatlarının prinsiplərini bilmək
- Mobil və internet bankçılıq xidmətlərinin iş prinsiplərini başa düşmək
- Bank dələduzluğu sxemləri üzrə biliklərə malik olmaq
- Məlumatların təhlili və araşdırma bacarıqları
- SQL üzrə yaxşı biliklər
Готовы присоединиться к нашей команде?
Подать заявку на эту вакансию